General-mayor Əlixanın qalmaqallı saxlanılması: üzü üstə yıxdılar - VİDEO

Dağıstanda yol polisi əməkdaşları Çeçenistanın Fövqəladə Hallar Nazirliyinin rəisi, general-mayor Əlixan Çakayevi sərt şəkildə saxlayıblar .
Ölkə.az xəbər verir ki, hadisə bazar günü, aprelin 14-də baş verib.
Generalın qara rəngli “GMC” markalı yolsuzluq avtomobili idarə etdiyi və yerli yol polisi əməkdaşlarının diqqətini çəkdiyi bildirilir. Onlar avtomobili Novolakski rayonundakı Gerzel keçid məntəqəsinin yaxınlığında saxlamağa cəhd ediblər.
Məlumata görə, yolsuzluq avtomobilinin sürücüsü polisin əmrinə tabe olmayıb və qaçmağa cəhd edib. O, arxaya dönüb yol polisi əməkdaşlarının üzərinə sürməyə çalışıb. O, sərxoş olub. Nəticədə avtomobil "dəmir kirpidən" istifadə edilərək saxlanılıb.
Sürücü maşından çıxarılaraq üz üstü asfaltın üzərinə uzadılıb. Onun yanında heç bir sənəd olmayıb.
Həmçinin bildirilir ki, məmuru xilas etmək üçün çeçen yol polisləri və xüsusi təyinatlılar gəlib, davadan sonra Çakayev aparılıb və təhlükəsizlik qüvvələri də onun avtomobili üçün gəlib.
Çeçenistan hakimiyyəti insidentlə bağlı rəsmi açıqlama verməyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












