General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı təhdid olunduğunu deyən Nərmin Xudaverdiyeva sosial media hesabında paylaşım edib.
N.Xudaverdiyeva bildirib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox sevgili olublar:
"Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O, bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür".
Qeyd olunan məsələylə bağlı Nərmin Xudaverdiyeva polisə müraciət edib. Müraciəti əsasında araşdırma aparılır.
Xatırladaq ki, Rüstəm Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğludur. O, 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə həbs edilmiş və sonradan məhkəmə tərəfindən həbs cəzasına məhkum olunub.
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












