Gimnaziya direktoru kabinetində yaralandı - 1000 manat cərimələndi – FOTO

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov kabinetində tavanın uçması nəticəsində xəsarət alıb. Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə 3 noyabr 2025-ci il tarixində gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində, direktorun iş otağında baş verib.
Nizami Əhmədov otağında olarkən tavan qoparaq üzərinə düşüb. Nəticədə məktəb direktoru baş, boyun və əl nahiyələrindən ciddi xəsarətlər alıb. Eyni zamanda, otaqda olan gimnaziyanın fiziki tərbiyə müəllimi İ.Ə.-də yaralanıb.
Hər iki şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə nəticəsində otağa da ciddi maddi ziyan dəyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti hadisəyə görə Nizami Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə protokol yazıb və direktor 1000 manat cərimə edilib. Buna səbəb isə məktəb rəhbərliyinin hadisə ilə bağlı müvafiq qurumlara məlumat verməməsi olub.
Direktor məhkəməyə müraciət edərək, nazirlik tərəfindən tətbiq edilən protokolun ləğv edilməsini tələb edib. O bildirib ki, hadisə ilə bağlı təcili tibbi yardıma və Daxili İşlər Nazirliyinə dərhal məlumat verilib. Müvafiq qərarla nazirliyin direktor barəsində protokolu ləğv edilib.

Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












