Gömrükçülər xeyli miqdarda zərgərlik məmulatları aşkar ETDİ

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
Avtosfer.az bu barədə DGK-ya istinadən xəbər verir. Belə ki, Bakı-İstanbul aviareysinin sərnişini, Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib. Yoxlama zamanı vətəndaşın üzərində və qara rəngli əl çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan, yazılı, elektron və şifahi formada bəyan edilməyən 8 ədəd sırğa-üzük dəsti, 4 ədəd sırğa-üzük-klon dəsti, 1 ədəd sırğa-üzük-klon-qolbaq dəsti, 6 cüt sırğa, 3 ədəd qolbaq, 2 ədəd üzük, 1 ədəd klon və 1 ədəd yaxa sancağı aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 520,53 qram olan 750/585 əyarlı qızıllardan hazırlanmış zərgərlik məmulatlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












