Gömrükdə 1,4 tona yaxın kokain müsadirə edilib

İsveç gömrüyü ölkə tarixində ən böyük kokain müsadirələrindən birini həyata keçirərək ötən həftə Stokholm yaxınlığındakı limanda 1,4 tona yaxın narkotik maddəni müsadirə edib.
Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.
Gömrük nümayəndəsi Stefan Qranat narkotiklərin Nyuneshamn limanında konteynerdə aşkarlandığını bildirib. Onun daşınmasında əli olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib.
“Əgər bu, düşündüyümüz qədər böyük tutumdursa, deməli, ölkə tarixindəki ən böyük müsadirə proseslərindən biridir” – o deyib və əlavə edib ki, aşkarlanan narkotikin miqdarı ilə bağlı hələ də dəqiq rəqəm gözləyirlər.
Qranatın sözlərinə görə, narkotiklər, güman ki, Avropa bazarı üçün nəzərdə tutulub və İsveç yalnız tranzit ölkə olub.
İsveç gömrüyü tərəfindən ələ keçirilən kokainin həcmi 2022-ci ildə pik həddə çatıb, rəsmi rəqəmlərə görə bu, 822 kq təşkil edib. Bu, 2018-ci ildə qeydə alınan əvvəlki rekorddan 300 kq-dan da çox artıqdır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












