Goranboyda sel suları fəsadlara səbəb olub - FOTO

Goranboyda sel suları bir sıra fəsadlara yol açıb.
Avtosfer.az xəbər verir ki, bir neçə gündür yağan leysan nəticəsində Gorançayın Qaraçay qolunda və İncəçay çayında suyun səviyyəsi artıb, yaranan sel suları Goranboy rayonunun Tatarlı, Səfikürd, Xan Qərvənd və Əlirzalı kəndləri ərazisində əkin sahələrinə, fərdi təsərrüfatlara ziyan vurub.
Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərrəm Quliyev, məsul şəxslər və xidmət sahələrinin rəhbərləri selin fəsad yaratdığı ərazilərdə vəziyyətlə yerində tanış olublar.
RİH yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
(APA)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












