Göyçayda ana və oğlunu vurub qaçan avtomobilin sürücüsü saxlanılıb - FOTO

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü tapılıb.
Avtosfer.az xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən "Mega" marketin qarşısında sürətlə hərəkət edən 99-LY-075 dövlət nömrə nişanlı "BMW" markalı minik avtomobili mağazadan işdən çıxaraq yolu keçən piyada 1984-cü il təvəllüdlü Nəsirova Türanə Elsevər qızını və onun 14 yaşlı oğlu Oqtay Nəsirovu vurub. Hadisə piyada zolağının üstündə baş verib. Yaralılar yaxınlıqdakı insanların köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Uşaq aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Qadının vəziyyəti ağır olaraq qalır. Piyadaları vuraraq hadisə yerindən qaçan avtomobilin sürücüsünün Göyçay rayon sakini Sadıqov Vəfadar İlqar oğlu olduğu müəyyən edilib. O, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












