Göyçayda siqaret oğurlayan həmkəndlilər saxlanılıb - FOTO
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağaza və evlərdən silsilə oğurluqlar edən həmkəndlilər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dekabr-yanvar aylarında polisə müraciət edən zərərçəkmişlər onlara məxsus ərzaq mağazasından pul və tütün məmulatları, evlərdən məişət əşyaları, eləcə də su nasoslarının oğurlandığını bildiriblər. Daxil olmuş müraciətlər əsasında keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Hüngütlü kənd sakinləri -Yalçın Qəribov və Qismət Hacıyev şübhəli şəxs qismində saxlanılıblar. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdikləri məişət əşyalarını dəyərindən ucuz qiymətə satdıqlarını, pulu isə öz aralarında böldüklərini bildiriblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, saxlanılan şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












