Göyçayda yanan avtomobili söndürən DYP əməkdaşları xəsarət alıb - FOTO

Göyçay rayonunda avtomobildə baş verən yanğın yol polisi əməkdaşları tərəfindən söndürülüb.
Avtosfer.az xəbər verir ki, rayon sakini Fuad Qasımov idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə Göyçay şəhərinin Natəvan küçəsindəki 13 saylı uşaq bağçasının qarşısına gəlib. O, uşağı bağçadan götürən zaman avtomobilin mühərrikində yanğın baş verdiyini görüb və dərhal Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib. Yaxınlıqda olan Göyçay rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları, polis baş serjantı Cəlal Teymurov və Elçin Mehralızadə dərhal hadisə yerinə gələrək yanğına müdaxilə ediblər. Onlar alovu söndürərək avtomobilin yanmasının qarşısını alıblar. Polis əməkdaşları yanğını söndürən zaman əllərindən yüngül yanıq xəsarəti alıblar. Sürücü Fuad Qasımov yanğını görən kimi dərhal köməyə gələn polis əməkdaşlarına təşəkkür edib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












