Göygöldə dəhşətli cinayət - 20 yaşlı oğlan öldürüldü - VİDEO

Göygöldə qətl hadisəsi baş verib. Rayon mərkəzində yerləşən çay evində iki gənc arasında yaranan mübahisə birinin digərini bıçaqlayaraq öldürməsi ilə nəticələnib. Qətli törədən şəxs saxlanılıb.
Çay evində mübahisə etdilər, yaranan münaqişə bıçaqlanmaya səbəb oldu. Hadisə Göygöl şəhərinin mərkəzində, Rövşən Nəsibov küçəsində yerləşən çay evlərindən birində baş verib. 20 yaşlı Cavidan Məmmədovla Cəlal Apıyev arasında yaranan gərginlik ağır nəticələnib. Cavidan bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilsə də həkimlər onun həyatını xilas edə biməyiblər. Qətli törətməkdə şübhəli bilinən Cəlal Apıyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. O, istintaqa ilkin ifadəsində bildirib ki, tanışı olan gənci aralarında yaranan münaqişə zamanı bıçaqlayıb. Tanıyanlar öldürülən gəncin davaya meyilli olmadığını bildirirlər. Baş vermiş hadisə ilə bağlı Göygöl rayon prokurorluğunda istintaq aparılır. Cəlal Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir. Qətlə yetirilən Cavidan Məmmədov Gəncədəki Azərbaycan Texnologiya Universitetində təhsil alırmış.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












