Gürcüstanda azərbaycanlıların toyunda mübahisə düşüb, ölən və yaralılar var

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qara Təhlə kəndində keçirilən toy mərasimində mübahisə yaşanıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, yanvarın 5-də axşam saatlarında baş vermiş insident bir nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnib. Yerli actual.ge saytının məlumatına əsasən, məclisdə yaranan mübahisə daha sonra toydan kənar yerlərdə davam edib. Fiziki qarşıdurma zamanı orta yaşlı Fail Əliyev adlı şəxsin üzərinə avtomobil sürülüb və o, hadisə yerində ölüb. Hadisə zamanı bıçaq yaraları alanlar Rustavi şəhərindəki xəstəxanalardan birinə çatdırılıb. Gürcüstanın Daxili İşlər Nazirliyindən insidentlə bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaqın aparıldığı bildirilib. Yayılan məlumatlara əsasən, Fail Əliyev mübahisənin düşdüyü toyun tamadası olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












