Gürcüstandan Bakıya yük daşıyan maşında yanğın olub - FOTO

Gürcüstandan Bakıya yük daşıyan iritonnajlı yük maşınında yanğın olub.
APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarından Yevlax- Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Gürcüstandan Bakı istiqamətinə hərəkət edən, 1985-ci il təvəllüdlü Mübariz Əzəddin oğlu Qədimovun idarə etdiyi "Mercedes" markalı, 99 BK 791 dövlət nömrə nişanlı iritonnajlı yük maşını hərəkətdə olarkən maşının qoşqu hissəsində yağın baş verib.
Yanğının döndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində maşının qoşqusunun bir hissəsi və yanğın olan hissədə avtomobil ehtiyat hissələri yanıb. Maşının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ


















