Hacıqabulda yük avtomobili YANDI: 14 ton qida məhsulu məhv olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun 137-ci kilometrliyi, Hacıqabul rayonu ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “DAF” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin yükün təhlükəsiz əraziyə boşaldılması təmin edilib.
Yanğın nəticəsində yük avtomobilinun qoşqusunda olan 21 ton qida məhsulunun 14 tonu yanıb.
Yük avtomobili və qida məhsullarının qalan hissəsi yanğından mühafizə olunub.
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü












