Həbs olunduğu deyilən Leyla Əhmədova HARADADIR? - YENİLƏNİB

Modelyer Leyla Əhmədova ev dustaqlığındadır.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə qərar bu gün Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılıb.
Modeyler özü isə açıqlamasında həbs xəbərini təkzib edib.
"Mən hazırda öz moda evindəyəm və istəsəniz, görüntülü də danışa bilərik. Yayılan məlumatın heç bir əsası yoxdur.
Yanlış məlumatdır. Xaricdə idim, telefonum sönmüşdü. Bu, mənim düşmənimin işidir, mənim atamın düşməni uğurlarımı gözü götürmədiyi üçün paxıllıqdan bunu edib. Bu il UNESCO mənə qızıl medal verib, muzeyimlə bağlı Azərbaycana gəliblər, muzeyimə baş çəkiblər, onlar da uğurlarımızın üzərinə belə bir ləkə yapışdırmağa çalışırlar", - deyə L.Əhmədova bildirib.
"Sizin haqqınızda hər hansı cinayət işi açılıbmı?"- sualına cavab olaraq isə bildirib ki, heç bir cinayət işi açılmayıb.
"Belə bir şey olsaydı, prokurorluq özü məlumat yayardı", - deyə L.Əhmədova qeyd edib.
***
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü - VİDEO
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB










