Həbsdə olan generalın cəzası hansı səbəbdən azaldılıb?

Bir neçə gün öncə "Tərtər işi" ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucovun cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 3 il azaldılaraq 6 il 6 aya endirildi.
"Unikal"ın əldə etdiyi məlumata görə, generalın cəzasının azaldılmasına təkan verən səbəb Müdafiə Nazirliyinin (MN) yüksəkrütbəli zabiti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilən məktub olub.
Belə ki, MN-nin Baş Qərargah rəisi Kərim Vəliyev məhkəmədən Bəkir Orucovun 42 illik hərbi xidmət dövründə göstərdiyi şücaətləri, xidmətləri, onun orden və medallarını nəzərə almağı xahiş edib. Məhkəmə də Ordunun Baş Qərargah rəisinin xahişini nəzərə alaraq, B.Orucovun cəzasının azaldılması ilə bağlı qərar verib.
Xatırladaq ki, Bəkir Orucov "Tərtər işi" ilə bağlı həbs olunan yeganə generaldır. O, həbs olunan zaman Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib. Tərtər hadisələri zamanı isə Beyləqan korpusunda qərargah rəisi olub.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












