Həbsdə olan sabiq "Formula-1" pilotunun 9 avtomobili oğurlandı

Fırıldaqçılıqda ittiham olunan və hazırda həbsdə olan keçmiş "Formula-1" pilotu Adrian Zutilin işi ilə bağlı yeni detallar ortaya çıxıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Məlumata görə, sabiq pilotun doqquz ədəd superkarı Monakodakı qarajından naməlum şəraitdə yoxa çıxıb. Bildirilir ki, Zutilin ailəsinə anonim telefon zəngi daxil olub. Zəng edən şəxs özünü Vladimir kimi təqdim edərək Rusiyanın "Vaqner" adlı özəl hərbi şirkətinə mənsub olduğunu iddia edib və "adamlarının" avtomobilləri götürmək üçün Monakoya gələcəyini bildirib. Bir müddət sonra bir neçə nəfər Monakodakı qaraja gələrək avtomobillərin təhvil verilməsini tələb edib. Onlar ailəni hədələyib və fiziki zorakılıq tətbiq ediblər. Zutilin ailəsi yeni təhdidlər aldıqdan sonra 31 dekabr 2025-ci il tarixində polisə müraciət edib. Hazırda iş Ştutqart Prokurorluğu və Baden-Vürtemberq polisi tərəfindən araşdırılır. İstintaq Monako hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində aparılır. Hadisə ilə bağlı İnterpola da məlumat verilib.

Xatırladaq ki, Zutil 2025-ci ilin noyabr ayının sonunda həbs olunub. O, lüks avtomobillərlə bağlı fırıldaqçılıq və mənimsəmə ittihamları ilə üzləşib. Keçmiş pilot irəli sürülən ittihamları qəbul etmir və istintaqla tam əməkdaşlıq etdiyini bildirir. Bundan əlavə, Monako və İsveçrə ərazisində aparılan axtarışlar zamanı təxminən 20 avtomobil müsadirə edilib. Daha doqquz avtomobil isə qarajda qalıb.
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi










