Hərbçinin öldüyü qəzaya görə tutulan sürücüyə bəraət verildi

2022-ci ilin fevral ayında Tovuz rayonu Yuxarı Öysüzlü kəndində baş vermiş ağır qəza ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, barəsində cinayət işi açılmış 1968-ci il təvəllüdlü sürücü Natiq Nağıyevə hökm oxunub.
Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, hadisə günü rayonun Əlibəyli kənd sakinləri - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sərxan Alıyevin idarə etdiyi “Mercedes-Benz” və N.Nağıyevin idarə etdiyi “Atego” markalı avtomobillər toqquşub. Nəticədə hərbçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Ekspertiza zamanı S.Alıyevin sərxoş halda olması məlum olub.
Məhkəmədə N.Nağıyev hadisədə hər hansı günahının olmadığını bildirib. O, Sərxanın idarə etdiyi avtomobilin onun yük maşınına çırpıldığını və qəzadan yayınmaq imkanının olmadığını bildirib.
Tovuz Rayon Məhkəməsinin çıxardığı hökmlə N.Nağıyevə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikddə) maddəsi üzrə bəraət verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












