Gömrükdə külli miqdarda narkotik vasitə aşkar edildi - FOTO - VİDEO

Hadisə 11 Avqust 2026 14:00
Gömrükdə külli miqdarda narkotik vasitə aşkar edildi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, "Astara" gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "bibər" yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzəriləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

 

İrandan Rusiyaya bibərlərin arasında narkotik aparmaq istədilər - FOTO - VİDEO

İrandan Rusiyaya bibərlərin arasında narkotik aparmaq istədilər - FOTO - VİDEO

 

Oxunub : 144
ŞƏRH YAZ
Ad

E-mail

Şərh