Avtobusla velosipedçini çətin vəziyyətə saldı - VİDEO

Sumqayıtda avtobus sürücüsü velosipedçiyə təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə görüntüləri velosiped həvəskarları çəkərək sosial şəbəkədə paylaşıblar. Videodan məlum olur ki, avtobus yolun sağı ilə hərəkətdə olan velospedçinin yanından sürətlə və təhlükəli şəkildə keçir. Nəticədə velosipedçi xəsarət alır, sürücü isə hadisə yerindən uzaqlaşır.
DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə Sumqayıt şəhəri ərazisində sərnişin avtobusunun velosiped idarə edən şəxsə təhlükəli vəziyyət yaratmasını əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb: “Keçirilən tədbirlərlə avtobusu idarə edən sürücü, 34 yaşlı E.Əliyev müəyyən olunaraq izahatının alınması üçün ərazi polis orqanına dəvət edilib. Nəqliyyat vasitəsi mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.
Faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir”.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












