"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO

Hadisə 27 İyun 2026 17:20
"100 minə görə 4 balamı anasız qoyursunuz" – VİDEO
WhatsApp kanalımıza abunə olun

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesinin uzadılmasına üsyan edib.

Avtosfer.az xəbər verir ki, bloger sosial şəbəkədə canlı yayım açaraq ağlayıb. Günahsız olduğunu iddia edən Arzum qarşı tərəfin avtomobili çox sürətlə sürməsindən danışıb:

"Niyə biri onun maşını 165 sürətlə sürməsindən danışmır? Nə qədər ədalətsizlik var. Oğlum autizm xəstəsidir, 7 yaşına qədər vaxtı var. 6 aydır oğlumu müalicə edə bilmirəm. Gedib özümü körpüdən atım, rahatlaşacaqsınız? Qarşı tərəf, 100 min istədiniz, vermədim deyə belə edirsiniz? 100 minə görə 4 balamı anasız qoyursunuz. Məni burada öldürmüsünüz. Qızın atası atama zəng vurdu ki, mənə 100 min versin, yoxsa başına oyun açacağıq. hardan alım? Buna görə də sizi polisə şikayət etdim".

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb. İstintaq dövründə bloger Arzum barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilib.

"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb. //axşam.az

Oxunub : 280
ŞƏRH YAZ
Ad

E-mail

Şərh