Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Astrofiziklərin proqnozlarına görə, iyunun son günlərində Yerə zəif və orta səviyyəli geomaqnit təsirlər gözlənilsə də, güclü maqnit qasırğası proqnozlaşdırılmır. Mütəxəssislərin peyk sistemləri və beynəlxalq heliofizika mərkəzlərinin məlumatları əsasında hazırladığı proqnoza görə, Günəşdən gələn günəş küləyinin təsiri nəticəsində geomaqnit sahəsində müəyyən dəyişikliklər müşahidə olunacaq.
Avtosfer.az xəbər verir ki, 26 və 27 iyun tarixlərində geomaqnit aktivliyi ən yüksək səviyyəyə çatacaq.
Kp indeksi 3,7 olacaq ki, bu da orta səviyyəli geomaqnit pozuntusu hesab edilir. Ən güclü təsirin səhər və axşam saatlarında hiss olunacağı bildirilir. 28 iyun tarixində maqnitosfer tədricən sakitləşəcək. Aktivlik Kp 3 səviyyəsinə enəcək ki, bu da normanın yuxarı həddi sayılır.
29 və 30 iyun tarixlərində isə Günəş aktivliyinin zəifləyəcəyi gözlənilir. Bu günlərdə Kp indeksi 2 səviyyəsində olacaq və geomaqnit sahəsi sakit qalacaq.
Mütəxəssislər bildirirlər ki, 3,7 bal kritik göstərici hesab olunmur. Buna görə də sağlam insanların əksəriyyəti bu dəyişiklikləri hiss etməyə bilər. Lakin meteohəssas insanlar, yaşlılar, hamilə qadınlar və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərdə müəyyən narahatlıqlar yarana bilər.
Ən çox rast gəlinən əlamətlər bunlardır: yüngül və ya güclü baş ağrısı, halsızlıq və yuxululuq, gecə yuxusuzluğu, arterial təzyiqin dəyişməsi, ürəkdöyünmənin sürətlənməsi, əsəbilik və diqqətin azalması.
Özünüzü necə qorumalısınız?
Həkimlər geomaqnit aktivliyi günlərində gündəlik rejimə diqqət yetirməyi tövsiyə edirlər.
Mütəxəssislərin məsləhətinə görə, bu günlərdə qəhvə, energetik içkilər və spirtli içkilərin qəbulunu azaltmaq, daha çox su və bitki çayları içmək faydalıdır.
Bundan əlavə, yağlı və çox ədviyyatlı qidalardan uzaq durmaq, gecə ən azı 7-8 saat yatmaq və gün ərzində təmiz havada yüngül gəzintilər etmək məsləhət görülür. Eyni zamanda, günün ən isti saatlarında birbaşa günəş şüaları altında uzun müddət qalmaqdan çəkinmək tövsiyə edilir. (lent.az)
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO












