İki dəfə sərxoş halda tutulan sürücüdən film kimi hekayə - Polis ittihamları qəbul etmir

Beyləqan rayonunda qanunsuz şəkildə cərimələndiyini bildirən sürücü Avtosfer.az-a şikayət ünvanlayıb. Sürücü Pərviz Hacıyev bildirir ki, noyabrın 20-də idarə etdiyi 23-BB-978 qeydiyyat nişanlı “VAZ” markalı avtomobillə hərəkətdə olarkən, Beyləqan rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı ona “saxla” işarəsi verib: “Etibarnamənin vaxtı bitdiyinə görə yol polisi əməkdaşı Taleh Qasımov məni dayandırdı. İçkili olub-olmadığımı soruşarkən, mən ona içki içmədiyimi bildirdim. O isə patrul maşınında olan alkotesterin işləmədəyini bildirərək, məni “dədə-baba” üsulu ilə yoxladı. Polis əməkdaşı məndən spirtli içki qoxusu gəldiyini bildirən zaman, tibbi müayinədən keçirilməyimi tələb etdim. O, ağ kağıza imza atmalı olduğumu, daha sonra həkim müayinəsinə gedəcəyimizi bildirdi. Mən polisin səmimiyyətinə inanıb kağıza imza atdım. Daha sonra məni bir həkimin evinə apardı. Həkim mənim üzümə baxıb “elə bil araqla çimmisən” deyərək məni vizual müayinə etdi. Mən polis əməkdaşından xəstəxanaya aparılmasını tələb edən zaman o məni maşınımın yanına gətirdi və içkili olmadığımı bildirərək məni sərbəst buraxdı. Bütün olanlar da bundan sonra başladı. Yol polisi əməkdaşı T.Qasımov mənim barəmdə sərxoşluq protokolu tərtib edərək işi məhkəməyə göndərdi. Məhkəmədə hakimə içkili olmadığımı nə qədər sübut etməyə çalışsam da, bu mümkün olmadı. Hakim mənim sürücülük hüququmu məhdudlaşdırdı. Beləliklə mən sərxoş olmadığım halda məni qanunsuz olaraq məsuliyyətə cəlb etdilər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, vətəndaş Pərviz Hacıyev ilk dəfə ötən ilin oktyabr ayında sərxoş vəziyyətdə avtomobil idarə edərkən polis əməkdaşları tərəfindən müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
P.Hacıyev ötən ilin noyabr ayında növbəti dəfə sərxoş vəziyyətdə avtomobil idarə edərkən polis əməkdaşları tərəfindən müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, iki il müddətinə sürücülük hüququndan məhrum edilib və 500 manat miqdarında cərimə edilib.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












