İki uşaq atası 10 dəqiqə içində öldü - TƏFƏRRÜAT + VİDEO

Cəlilabadda 31 yaşlı kişinin ölümü ilə bağlı bəzi detallar məlum olub.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edən rayon sakini, 1993-cü il təvəllüdlü Vahid Sübhan oğlu Nuriyevin qonşusu Rəşad Əzizov Baku TV-yə açıqlamasında bildirib ki, səhər saatlarında problemlə bağlı xəstəxanaya müraciət ediblər:
"Üç-dörd dəfə onu xəstəxanaya apardıq, dedilər ki, gedin, yara çirklənəndə gələrsiniz, heç bir problem olmayacaq. Bu gün səhər xəstəxanaya apardıq, sağ ayağı tamamilə şişmişdi. Üç dənə sistem qoşdular, amma faydası olmadı. Birdən-birə halı pisləşdi, reanimasiyaya qaldırdılar. 10 dəqiqə sonra məlumat verdilər ki, vəfat edib".
R.Əzizov qeyd edib ki, Vahid iki uşaq atası olub və usta kimi çalışıb:
"Yoldaşı da xəstədir. Kasıbçılıqla dolanırdılar".
Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 17:10-da xəstəxanaya cinsiyyəti kişi olan, 1993-cü il təvəllüdlü xəstə müraciət edib.
"Aşağı ətrafların flebiti və dərin drombo filipiti diaqnozu ilə xəstəyə ilkin tibbi yardım göstərilib. Təcili yardım şöbəsində xəstənin halı pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstədə bioloji ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.
Ətraflı Baku TV-nin süjetində:
---16:58---
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Məlumata görə, rayon sakini, 1993-cü il təvəllüdlü Vahid Sübhan oğlu Nuriyev ayağında şiş yarandığı üçün xəstəxanaya müraciət edib.
Yaxınlarının sözlərinə görə, xəstəxanada ona sistem köçürülüb, bundan sonra o, şoka düşüb və ölüb. Hadisə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, sözügedən şəxs bu gün xəstəxanaya müraciət edib. "Xəstəyə ilkin tibbi yardım göstərilən zaman onun halı pisləşib. Daha sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstə vəfat edib", - xəstəxanadan bildirilib.
Qeyd edək ki, mərhum iki uşaq atasıdır.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












