İmişli və Biləsuvarda yol qəzaları baş verib, iki nəfər həlak olub - VİDEO

İmişlidə hərəkətdə olan minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.
Avtosfer.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində baş verib. Cəlilabad sakini 44 yaşlı Bəxtiyar Abasovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq kanala düşüb. Nəticədə sürücü dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünün meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Biləsuvarda isə Nəsimikənd kəndində 43 yaşlı Yavər Şükürovün idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub. İdarəetməetmədən çıxan minik avtomobili isə yük avtomobilinə çırpılıb. Qəza nəticəsində motosikletçi hadisə yerində dünyasını dəyişib. Minik avtomobilinin sürücüsü 32 yaşlı Taleh Ağayev isə xəsarət alıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












