İmişlidə vəfat edən dörd yaşlı uşağın ÖLÜM SƏBƏBİ BİLİNDİ - YENİLƏNİB

İmişlidə vəfat edən dörd yaşlı uşağın ölüm səbəbi açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Martın 2-si saat 18:50-də 2021-ci il təvəllüdlü şəxs (qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə bir neçə gün davam edən yüksək hərarət şikayəti ilə hospitalizasiya edilib.
Azyaşlı xəstəyə hipertermiya diaqnozu təyin olunub, zəruri tibbi yardım göstərilib. Xəstənin vəziyyəti stabilləşdiyi üçün valideynlərinin istəyilə müalicəsinin Qaradonlu Ailə Sağlamlıq Mərkəzində davam etdirilməsi qərara alınıb.
Azyaşlıya Qaradonlu Ailə Sağlamlıq Mərkəzində tibbi yardım göstərilib. Lakin azyaşlı şok vəziyyətinə düşüb, reanimasiyon yardımın göstərilməsi məqsədilə pasiyent yenidən İmişli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Həkimlərin çoxsaylı cəhdlərinə və göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Ölümün bilavasitə səbəbinin dəqiqləşdirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (İmişli rayon) təşrih olunması üçün təhvil verilib".(oxu.az)
***09:35
İmişlidə 4 yaşlı uşaq infeksiyadan şoka düşərək ölüb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.
Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.
Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












