İran vurulan təyyarəyə görə təzminat ödəməməkdə günahlandırıldı

Ukrayna, Böyük Britaniya, Kanada və İsveç nümayəndələri bəyan ediblər ki, İran danışıqlardan yayınır və iki il əvvəl Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing” sərnişin təyyarəsinin vurulmasına görə təzminat ödəməkdən imtina edir.
Bu barədə adı çəkilən ölkələrin nümayəndələrinin daxil olduğu beynəlxalq qrupun Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş birgə bəyanatında bildirilir.
Sənəddə İranın mülki və hərbi vəzifəli şəxslərinin qəzaya görə məsuliyyət daşıdığı vurğulanıb və kompensasiyaların tam həcmdə ödənilməsi üçün zərərçəkmiş ölkələrin hər şeyi edəcəkləri qeyd olunur.
Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yolların PS752 reysi 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə yola düşdükdən qısa müddət sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub. Yanvarın 11-də İran hərbçiləri təyyarəni düşmən hədəfi zənn edərək səhvən vurduqlarını açıqlayıblar. Tehran qəzanın səbəbləri ilə bağlı texniki hesabat layihəsini Kiyevə təhvil verib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bunu fəlakətin əsl səbəblərini gizlətmək cəhdi adlandırıb.
2021-ci ilin iyununda İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmaili bildirib ki, Tehran qəzada həlak olanların ailələrinə 150 min dollar məbləğində tam təzminat ödəməyi planlaşdırır. Bundan əvvəl o, hadisədə iştirakda şübhəli bilinən şəxslərin məhkəməsinin yaxın vaxtlarda İranda keçiriləcəyi barədə məlumat verib.
2021-ci il dekabrın ortalarında Böyük Britaniya, Kanada, Ukrayna və İsveç İran hakimiyyətini təzminatların ödənilməsi ilə bağlı danışıqlara başlamağa çağırıb, əks halda beynəlxalq məhkəmə prosesilə hədələyib.
2022-ci il yanvarın 4-də məlum olub ki, Kanadanın Ontario əyalət məhkəməsi İran hesabına həlak olan 6 kanadalının ailəsinə 107 milyon Kanada dolları (təxminən 84 milyon dollar) məbləğində təzminat ödənilməsinə qərar verib.///oxu.az
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












