İşdən çıxarılan müdir direktoru təhqir etdi - Saxlanıldı

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədovla görüşə bilməyən keçmiş işçisi xəstəxanada səs-küy saldığı üçün saxlanılıb. "Qaynarinfo" xəbər verir ki, 18 dekabr 2023-cü ildə Məmmədtağı Əhmədovun əmri ilə anbar müdiri Zaur Kərimov (ad şərti) məzuniyyətdən qayıtdıqdan sonra işdən çıxarılıb.
O, dəfələrlə xəstəxananın rəhbərliyinə işdən çıxarılma səbəbinin açıqlanması ilə bağlı müraciət etsə də, direktor onunla görüşməkdən imtina edib.
Sabiq müdir 8 aprel 2024-cü il tarixdə spirtli içki qəbul edib və yenidən direktorla görüşmək məqsədilə xəstəxananın inzibati binasına yollanıb. Lakin direktor yenə də onunla görüşməkdən imtina edib. Buna görə də əsəbiləşərək hay-küy salmağa başlayıb və ünvansız nalayiq ifadələr işlədib. Direktorun şikayəti əsasında sabiq müdir saxlanılıb. 34 yaşlı Zaur Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Zaur Kərimov sözügedən maddə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 70 manat məbləğində cərimə edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












