İstanbulda dram: azərbaycanlı arvadını, sonra özünü güllələdi… FOTO

İstanbulda ötən gün yerli vaxtla saat 16.00 radələrində 38 yaşlı Özal Toraman özəl xəstəxanalardan birində xəstə baxıcısı işləyən arvadı, Azərbaycan vətəndaşı Cemile Toramanla mübahisə edib. Türkiyə KİV-ləri xəbər verir ki, Maltepe rayonunda, 7 mərtəbəli binalardan birində yaşayan ər-arvad arasında yaranmış mübahisədə Özal Toraman əkiz qız uşaqlarını evin otaqlarından birinə qoyaraq qapını bağlayıb, daha sonra arvadına tapançadan atəş açıb. Daha sonra həmin tapança ilə özünü vuraraq intihar edib. Hadisə yerinə gələn polis və təcili yardım briqadası Özal Toramanın artıq keçindiyini görüblər, Cəmilə Toraman isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Özal Toramanın gəmi tərsanələrindən birində işlədiyi bildirilir.

Qonşular deyiblər ki, ər-arvad bir müddətdir bu binada yaşayırdı və onların arasında heç vaxt mübahisə olduğunu eşitməmişdilər. Onların arasında mübahisənin hansı səbəbdən baş verdiyi bilinmir. Ər-arvadın kimsəsiz qalan azyaşlı uşaqları qonşuların himayəsinə verilib.
virtualaz.org


Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB











