Jurnalistin oğlu niyə axtarışa verildi? - Polisdən AÇIQLAMA

Jurnalist Nahid Canbaxışlı oğlu Fəridə cinayət işi açılmasından narazılıq edib. O bildirib ki, cinayət hadisəsində oğlu yaralansa da, ona qarşı cinayət işi açılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lent.az-a bildirib ki, qeyd olunan xüsuslarla bağlı Qaradağ rayon Polis İdarəsində istintaq hərəkətləri aparılıb:
“Bu səbəbdən müəyyən olunan digər halların araşdırılması üçün Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaqı aparılan iş 25 mart 2024-cü il tarixdə ayrıca icraata qəbul edilib.
Cinayət işinin ayrılmasına səbəb Canbaxışlı Fərid Nahid oğlunun 10 oktyabr 2023-cü il tarixdə saat 7 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mənzilində aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı həyat yoldaşı Canbaxışlı Zərri Şahin qızını döyərək onun sağlamlığına yüngül zərər vurması olub. F.Canbaxışlının xəsarət alması faktı ilə bağlı iş 09.04.2024-cü il tarixdə istintaq tədbirləri tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. F.Canbaxışlının təqsirləndirilən şəxs kimi cəlb olunduğu iş üzrə isə o, dəfələrlə edilən çağırışlara məhəl qoymayaraq istintaqa gəlmədiyindən 23 may 2024-cü il tarixdə barəsində axtarış elan edilib. Hazırda istintaq tədbirləri davam etdirilir”.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












