Keçmiş bank işçisi iki milyon manatı ələ keçirərək ölkədən qaçıb?

Bakıda 10 nəfərə yaxın şəxs külli miqdarda dələduzluqla üzləşdiklərini bildirərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.
“Qafqazinfo” xəbər verir ki, polis və prokurorluq orqanlarına şikayət edən şəxslər Elmin Rafiq oğlu Rzayev tərəfindən aldadıldıqlarını və onlara iki milyon manata yaxın ziyan dəydiyini iddia ediblər.
Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edən vətəndaşlar E.Rzayevin keçmiş bank işçisi olduğunu, onlara gəlir vəd verərək xeyli miqdarda pul aldığını qeyd ediblər.
Onlar iddia ediblər ki, Elmin bir neçə şəxsdən ekoçanta istehsal etmə, onların ölkədəki xaricə şirkətlərə satışı, ev və maşın alışı-satışı kimi müxtəlif səbəblərlə ümumi 2 milyon manatdan çox vəsait alıb. Şikayətçilər, həmçinin E.Rzayevin həyat yoldaşı və anası ilə birgə aprelin 22-də Azərbaycanı tərk etdiyini deyiblər.
Əldə etdiyimiz məlumata görə, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində E.Rzayev barəsindəki şikayətlərlə bağlı araşdırmalar aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












