Keçmiş məhkumun evində qumbara və külli miqdarda narkotik aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər bir neçə dəfə məhkum olunmuş şəhər sakini Feruz Bayramov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan külli miqdarda heroin, yarım kiloqrama yaxın tiryək və 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı müəyyən edilib ki, F.Bayramov narkotik vasitələri sosial şəbəkədə tanış olduğu xarici ölkədə yaşayan narkotacirdən onlayn yolla alıb. Faktla bağlı cinayət işi başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün F.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
















