Kiberdələduzlar 37 min manatdan çox pul oğurladılar

“Ötən gün bank kartlarından kiber üsullarla oğurluq edilməsi hadisəsi ilə bağlı 22 fakt qeydə alınıb”. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
E.Hacıyevin sözlərinə görə, Feysbukda "aşağı faizli kredit"lə 7290, "kartınıza müdaxilə var, bankdandır, sığorta edilməsi" ilə 7186, satışa qoyulan boks ələcəyini almaq üçün "beh" göndərilməsi ilə 5180 manat olmaqla vətəndaşların bank kartı məlumatları aldadılıb alınmaqla pulları oğurlanıb.
O, həmçinin qeyd edib ki, digər faktlar üzrə məbləğlər - 1240, 1500, 155, 1500, 418, 850, 1200, 238, 21, 75, 1790, 712, 455, 2999, 2000, 900, 1640, 42, 200 manat təşkil edib. Aldatma tələləri fərqli olsa da, oğurluqlar eyni kiber üsullarla törədilib.
Bir daha vətəndaşlara tövsiyə edilir ki, şəxsi bank məlumatlarını tanımadıqları adamlarla bölüşməsinlər.
Namiq Musayev
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












