Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı

Hərbi məktəbin müəllimi komandanlığa yalan məlumat verərək kirayə mənzildə yaşamaq adı ilə 14 ay kompensasiya alıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Heydər Əliyev adına Hərbi İnstitutda kapitan rütbəsində xidmət edən Elyasovun hesabına müxtəlif aylarda 200, 225 və bəzi aylarda 300 manat pul köçürülüb. Sonradan məlum olub ki, hərbi müəllim əslində arvadı və uşağı ilə birgə Xətai rayonunda atasının adına olan evdə yaşayıb. Kirayə pulu almaq üçün isə əmisinin evində qalması ilə bağlı müqavilə bağlayıb. Elyasov 1 il 2 ay ərzində dövlətdən 3 min 765 manat kompensasiya alıb.

Bu əməlinə görə müəllim Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmədə təqsirləndirilən şəxsin keçmiş arvadı və qayınatası da ifadə verib. Onların dedikləri ilə verilmiş ittiham bir daha təsdiq edilib. Qayınata bildirib ki, keçmiş kürəkəninin atasına məxsus evdə qaldığı halda dövlətdən kirayə pulu aldığını qızının boşanma prosesində öyrənib. Bundan sonra özü də şəxsən aidiyyəti üzrə şikayət edib.
İstintaq dövründə təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəyib. Bu səbəbdən İnstitut mülki iddianı geri götürüb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elyasov 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Onun barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvədə saxlanılıb.
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO












