Kiyevdə güllələnən azərbaycanlılarla bağlı cinayət işinə dair mövcud vəziyyət açıqlanıb

Ötən ilin avqustunda Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı Rəhimov Fərman və oğlu Rəhimov İsmayılın yerli sakin İvanenko Oleksandr Volodimiroviç tərəfindən güllələnməsi faktı ilə bağlı cinayət işinin hazırkı durumu, o cümlədən, hadisəni törədən şəxsin məsuliyyət əvəzinə cəbhəyə göndərilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib. Avtosfer.az-ın məlumatına görə, cinayət işini aparan Kiyev vilayəti prokurorluğunun rəhbəri Dmitro Prokudin "Report"a bildirib ki, cinayət törətmiş şəxsin cəbhəyə göndərilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
O qeyd edib ki, şəxs hazırda istintaq təcridxanasındadır və məhkəməsi davam edir:
"Qəsdən adam öldürməyə cəhd, iki nəfərin qəsdən öldürülməsi, həmçinin silahla qanunsuz davranış ittihamı ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsinə əsasən, ittiham aktı Kiyev vilayətinin Fastov rayon məhkəməsinə göndərilib. Artıq hazırlıq məhkəmə iclası keçirilib və nəticədə təqsirləndirilən şəxs üçün həbs şəklində olan qətimkan tədbiri 25 yanvar 2026-cı ilə qədər uzadılıb".
D.Prokudin əlavə edib ki, ilk məhkəmə iclasında sübutların araşdırılması qaydası müəyyən edilib, xüsusilə, yazılı sübutların araşdırılması, şahidlər, zərərçəkmiş və təqsirləndirilən şəxslərin dindirilməsi təmin edilib.
"Növbəti məhkəmə iclası 22 yanvar 2026-cı il tarixinə təyin edilib. Beləliklə, cinayət işi məhkəmə baxışı mərhələsindədir, təqsirləndirilən şəxs həbsdə saxlanılır və onun guya cəbhəyə göndərilməsi barədə iddialar əsassızdır, heç bir təsdiqi yoxdur", - deyə prokuror əlavə edib.
Xatırladaq ki, 2025-ci il avqustun 31-də, gündüz saatlarında, Kiyev vilayətinin Fastiv şəhərində küçədə meyvə-tərəvəz ticarəti ilə məşğul olan Fərman Rəhimov və oğlu İsmayıla yaxınlaşan şəxs qiymətə görə mübahisə edib. Mübahisə nəticəsində İvanenko Oleksandr Volodimiroviç üzərində gəzdirdiyi silahla ata və oğula atəş açıb. Nəticədə oğul həlak olub, ata ağır yaralanıb.
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu










