Kiyevdə təxliyə olunmağı gözləyən insanlara atəş açılıb

Kiyev vilayətinin Buça şəhərində rus hərbçiləri təxliyə olunmağı gözləyən insanlara atıcı silahlardan atəş açıb, bir nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, faktla bağlı cinayət işi açılıb. İstintaqın məlumatına görə, hadisə baş verən gün - martın 11-nə keçən gecə Rusiya silahlı qüvvələri, eyni zamanda Brovarski rayonunun Barışevka kəndini qanadlı raketlərdən atəşə tutub. Nəticədə biri jurnalist olmaqla 6 nəfər xəsarət alıb. Yaşayış binalarına ziyan dəyib, infrastruktur obyektləri qismən dağılıb. Prokurorluq onu da xatırladıb ki, bir gün əvvəl növbəti artilleriya hücumu nəticəsində Buçada yaşayış binaları dağıdılıb, yerli sakin qəlpə yaraları alıb, İrpendə isə hərbi əməliyyatlar nəticəsində ev partladılıb, bir nəfər ölüb.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












