Köçəryan ölkədən qaçarkən SAXLANILDI

Ermənistanda siyasi gərginlik fonunda sabiq prezident Robert Köçaryanla bağlı diqqətçəkən məlumat yayılıb.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçaryanın Zvartnots hava limanından ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq ölkədən çıxışına icazə verilməyib.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Maraqlıdır ki, bir neçə saat əvvəl Köçaryanın ofisi onun üç günlük müddətə ölkədən getdiyini açıqlamışdı. Açıqlamada səfərin şəxsi xarakter daşıdığı qeyd olunurdu.
Lakin daha sonra Ermənistan mediasında yayılan məlumatlarda sabiq prezidentin Zvartnots hava limanında saxlanıldığı və ölkədən çıxışına icazə verilmədiyi bildirilib.
Qeyd edək ki, son günlər Ermənistanda parlament seçkilərinin nəticələri ətrafında ciddi siyasi gərginlik müşahidə olunur. Müxalifət qüvvələri seçkinin nəticələrinə etiraz edir, hakimiyyət isə nəticələrin qanuni olduğunu bildirir.
Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO
“Hyundai”da oturacaq 2 yaşlı uşağın ölümünə səbəb oldu; minlərlə avtomobil geri çağrıldı - VİDEO
Polis Bakıda əməliyyat keçirdi; saxlanılan var - VİDEO
Arvadını, qayınanasını və özünü… - Bakıda dəhşət
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
Qohumların mübahisəsi silahlı DAVAYA ÇEVRİLDİ – 4 nəfər xəsarət aldı
“Lənkəran” sərhəd dəstəsi ƏMƏLİYYAT KEÇİRDİ: 11 kq-dan çox marixuanana ələ keçirildi
Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürdü
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB - FOTO
Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu
Yumurta boyda dolu yağdı; avtomobillərə ziyan dəydi - VİDEO










