Tanınmış jurnalist orqanlarını bağışlayacaq - FOTO

Tanınmış jurnalist Ruslan Eldaroğlu orqanlarını bağışlayacaq. Avtosfer.az xəbər verir ki, o bu barədə qərarını sosial şəbəkədə paylaşıb. R.Eldaroğlu bildirib ki, bu gün Azərbaycanda minlərlə insan yeni bir həyat şansı gözləyir. Onlar üçün orqan bağışı sadəcə tibbi prosedur deyil, yaşamaq ümidi, sabaha uzanan bir körpüdür.
"Orqan bağışı insanın özündən sonra da həyat verməyə davam etməsinin ən ali nümunələrindən biridir" deyən R.Eldaroğlunun sözlərinə görə, bir donor bir neçə insanın həyatını xilas edə, onlarla ailəyə yenidən sevinc və ümid bəxş edə bilər.
O bildirib ki, son dövrlərdə yaşadığım sağlamlıq problemləri, keçirdiyim ağır avtomobil qəzasının yaratdığı fiziki çətinliklər, eləcə də ölkəmizdə orqan transplantasiyası sahəsində müşahidə olunan inkişaf, xüsusən də uğurla həyata keçirilən ürək köçürülməsi əməliyyatları məni bu qərarı verməyə sövq edən əsas amillər oldu:
"Mən də rəsmi şəkildə bütün orqanlarımı bağışlamaq barədə qərar vermişəm…
Bu qərarı qəbul edərkən düşündüm ki, bir gün mənim artıq ehtiyac duymadığım bir orqan başqa bir insanın həyata yenidən tutunmasına, bir ailənin sevincinə, bir övladın valideyninə, bir valideynin övladına qovuşmasına səbəb ola bilər".
Dediyinə görə, bəzən tək bir qərar bir insanın deyil, bir neçə insanın taleyini dəyişir. Həyat paylaşdıqca çoxalır. Orqan bağışı isə həyatın ən dəyərli, ən mənalı paylaşımıdır.
"Ümid edirəm ki, mənim bu qərarım da cəmiyyətimizdə orqan bağışı ilə bağlı maariflənməyə və daha çox insanın həyatına ümid olmağa töhfə verəcək",- deyə Ruslan Eldaroğlu əlavə edib./Bakıvaxtı.az/

İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ













