Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib - FOTO

“Azerbaijan-Kazakhstan Sea Cable System” strateji layihəsi çərçivəsində Kurık limanında sualtı fiber-optik kabel partiyasının qəbulu üzrə əməliyyat uğurla həyata keçirilib. Avtosfer.az AZƏRTAC-a istinadənxəbər verir ki, yük Trans-Xəzər rəqəmsal infrastrukturunun yaradılması üçün nəzərdə tutulub. İriqabaritli və ağırçəkili yük üç ixtisaslaşdırılmış nəqliyyat vasitəsindən ibarət avtokarvanla çatdırılıb. Limanda avadanlığın qəbulu və emalı üzrə işlər yerinə yetirilib. Avadanlığın sonradan Azərbaycana göndərilməsi nəzərdə tutulur. Layihənin icrası beynəlxalq telekommunikasiya dəhlizlərinin inkişafına, Asiya ilə Avropa arasında rəqəmsal bağlantının gücləndirilməsinə, həmçinin Avrasiya məkanında məlumat ötürmə kanallarının etibarlılığının və ötürücülük qabiliyyətinin artırılmasına yönəlib. Kurık limanı iri beynəlxalq infrastruktur layihələrinin nəqliyyat-logistika təminatında mühüm rol oynamaqda davam edir. Bu, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına və Qazaxıstanın Şərq ilə Qərb arasında əsas tranzit qovşaqlardan biri kimi mövqeyinin möhkəmlənməsinə töhfə verir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT














