Menyularda gizli detallar - İstehlakçılar niyə aldanır?

Azərbaycanda restoran və kafe sektorunda istehlakçılarla bağlı narazılıqlar son illər artmaqda davam edir. Bəzi məkanlarda qiymət və xidmət şəffaflığı ilə bağlı ciddi suallar ortaya çıxır. Vətəndaşlar göstərilən xidmətlə ödənilən məbləğ arasında uyğunsuzluqlardan tez-tez şikayətlənirlər. Xüsusilə menyu təqdimatı və məhsul tərkibi ilə bağlı məlumatların kifayət qədər aydın olmaması diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sahədə hüquqi boşluqların mövcud olduğunu bildirib:
“Azərbaycanda bütün biznes qurumları üçün müəyyən mənada toxunulmazlıq şəraiti formalaşıb. Bu da istehlakçı hüquqları məsələsinin arxa plana keçməsinə səbəb olur. Nəticədə biznes subyektləri istehlakçılarla istədikləri kimi davranırlar. Təəssüf ki, bunun nəticəsində daha da qeyri-adi hallar ortaya çıxacaq.
Qanunvericilik bu sahəni yetərincə tənzimləmir. Məsələn, biznes qurumları məhsulun tərkibini və təqdimat formasını istədikləri kimi müəyyən edə bilirlər; yemək və ya içkiyə aid məlumatları ayrıca da göstərə bilirlər, ümumiyyətlə qeyd etməyə də bilərlər. Yəni bu sahədə sistemli və pozitiv hüquqi tənzimləmə kifayət qədər deyil”.

E. Hüseynov bildirib ki, məhsulun çəkisi və keyfiyyəti ilə bağlı istehlakçı hüquqlarının pozulması halları müşahidə olunsa da, bu sahədə nəzarət mexanizmi zəif qalır:
“Əslində, məhsulun çəkisi və keyfiyyəti ilə bağlı istehlakçı hüquqları pozulsa da, buna lazımi nəzarət yetərli səviyyədə deyil. Çox təəssüf ki, istehlakçı hüquqları getdikcə zəifləyir.
İstehlakçılar bu hallarla bağlı araşdırma və şikayətlərini Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bildirə bilərlər.
Əlaqə nömrəsi: 012-599-76-00”
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...












