Kompaniyanın 16 avtomobili yandırılıb

Berlində mayın 1-nə keçən gecə baş verən iğtişaşlar zamanı “Amazon” kompaniyasına məxsus 16 avtomobil yandırılıb.
Avtosfer.az “Azərtac” istinadla xəbər verir ki, alovla mübarizəyə 28 yanğınsöndürən briqada cəlb olunsa da, avtomobilləri xilas etmək mümkün olmayıb. İlkin ehtimallara görə, yanğın qəsdən törədilib. Şahidlər avtomobillərin yanında bir neçə maskalı şəxs gördüklərini iddia edirlər.
Aprelin 30-dan mayın 1-nə keçən gecə Berlində solçuların “Gecəni geri qaytarın” şüarı altında nümayişi keçirilib. Aksiyada iştirak edən 3 minə yaxın insan polisə yumurta, pirotexniki vasitələr və daşlar atıb. Solçu nümayişlər Hamburq və Leypsiq şəhərlərində də keçirilib.
Mayın 1-də Berlində 20-yə yaxın nümayişin keçiriləcəyi gözlənilir. Aksiyalar zamanı təhlükəsizliyi 5,5 minə yaxın polis təmin edəcək.
Qeyd edək ki, hər il mayın 1-də Berlində keçirilən aksiyalar zamanı solçularla polis arasında toqquşmalar baş verir. Şəhərdə ən kütləvi iğtişaşlar 1987-ci ildə baş verib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












