Külli miqdar məbləğində artıq və əsassız ödənişlər aşkar edilib

Ötən il Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına, vətəndaş müraciətlərinə əsasən ümümilikdə 100 nəzarət obyektində aparılmış nəzarət tədbirləri ilə 19,7 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.
Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyində 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, bu vəsaitin 5,2 milyon manatı təqsirkar şəxslər tərəfindən bərpa edilib, qalan hissəsinin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq mühafizə orqanları tərəfindən tədbirlər görülür.
Eynu zamanda iclasda Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər, qarşıda duran vəzifələr və cari ildə aparılacaq nəzarət tədbirləri haqqında məruzə dinlənilib.
Qeyd olunub ki, Xidmətin cari il üçün iş planına daxil edilən nəzarət obyektlərinin seçilməsi dövlət büdcəsindən maliyyələşdirilən 233 nəzarət obyekti üzrə 9 risk faktorunun təhlili və qiymətləndirilməsi yolu ilə aparılıb və iş planı təsdiq edilib.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












