Kürdə suyun azalması nəticəsində küp qəbirlər aşkarlanıb - VİDEO

Kür çayında suyun səviyyəsinin enməsi nəticəsində Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə və Cəngan kəndləri ərazisində küp qəbirlər aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, Kürün həmin ərazilərdən keçən hissəsində suyun səviyyəsi minimal həddən aşağı olduğu bir vaxtda balıqçılar sahildə qədim dövrlərə aid qırıntılara rast gəliblər. Bundan sonra tarix müəllimi Şəhrəbanu Ağalarova dərhal aidiyyəti qurumları məlumatlandırıb. O, Kür çayının qalxıb-enəcəyindən və qalıqların su altında qalacağından ehtiyatlanıb. Qəbirlərin eramızın ilk əsrlərinə aid olduğu ehtimal edilir. Qeyd edək ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar. Ərazidə araşdırmalar aparılır.
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO












