Lənkəranda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb

Lənkəran rayonunda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə Göyşaban kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Xəyal Ağacəfər oğlu Qasımov fevralın 27-də Bakıdan ailəsi ilə birlikdə Lənkərana gəlib. Həyat yoldaşı və iki azyaşlı övladını qaynatasıgildə qoyaraq ata evlərinə gedib. Ertəsi gün mərhumun qaynı yeznəsinin gəlmədiyini görüb onun ata evinə gəlib. Qapının bağlı olduğunu görərək geri qayıdıb. Daha sonra ailə üzvləri təkrar gəlib və pəncərədən evə daxil olanda onu huşsuz halda görüblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. X.Qasımovun bir müddət əvvəl keçindiyi məlum olub. Onun dəm qazından öldüyü ehtimal edilir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












