Lənkəranda 524 şagirdin təhsil aldığı məktəb binası təhlükəli vəziyyətdədir - VİDEO

Lənkəran şəhəri 9 nömrəli tam orta məktəbinin binası təhlükəli vəziyyətdədir.
Avtosfer.az-ın məlumatına görə, məktəbin pəncərələr qırıq, hətta bəziləri şüşə ilə yox, sellofanla örtülüb. Döşəmə və tavanlar isə hər an uça bilər. Məktəb ötən əsrin 70-ci illərində tikilib və istifadəyə verilib. Bina yarım əsrlik müddət ərzində kosmetik işlər nəzərə alınmasa, təmir olunmayıb. Məktəbin taxta döşəməsi çürüyüb, sinif otaqlarında dərin çatlar yaranıb. Belə bir məktəb binasında indi 524 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 73 müəllim məşğul olur. Şagirdlər kimi müəllimlər də bu vəziyyətdən narazıdırlar. Çünki yararsız və imkanları məhdud olan məktəbdə dərs vermək də, almaq da problemə çevrilib. Kifayət qədər təcrübəli müəllimlər şəraitsizlikdən istədikləri keyfiyyətdə tədris edə bilmirlər. Şagirdlər də məcbur olub yeni, təmirli və imkanları geniş olan məktəbələrə üz tuturlar. Mövcud vəziyyət müəllim və şagird heyəti ilə yanaşı, valideynləri də narahat edir. Mövzu ilə bağlı Lənkəran şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sabir Əliyev bildirib ki, məktəbin tikintisi proqrama salınıb və təhsil ocağının bu il inşa ediləcəyi planlaşdırılır.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












