Lənkəranda qanunsuz balıq ovu faktı aşkarlanıb

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkar edilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində profilaktik və nəzarət tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Su NPİ-nin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə və bioloji ehtiyatların mühafizəsi istiqamətində keçirilən növbəti tədbirlər nəticəsində Lənkərançayın rayonun Sütəmurdov kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq balıq ovlayan rayon sakini müəyyən edilib. Ondan ov aləti və qanunsuz olaraq ovladığı 71 ədəd balıq aşkarlanaraq götürülüb. Həmin şəxsi təbiətə vurduğu maddi ziyanın məbləğinin 1067 manat olduğu müəyyən edilib. Fakt üzrə Lənkəran XPŞ-də araşdırma aparılır Su NPİ-nin əməkdaşları tərəfindən bir daha xəbərdarlıq olunur ki, həyata keçirilən profilaktik və nəzarət tədbirləri çərçivəsində qeyri-qanuni balıqçılıq və ovçuluq, qanunsuz ov alətlərindən istifadə, su sahəsinin çirkləndirilməsi və digər hallar aşkarlandıqda təqsirkar şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək. Eyni zamanda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su NPİ-yə və ya yerli polis orqanlarına məlumat vermələri xahiş edilir.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












