Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olundu - FOTO

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə ötən gün növbəti əməliyyat keçirib. Tədbir nəticəsində Qafarzadə Rövşən Sakit oğlu Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Onun üzərindən *22* kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və *1240* ədəd metadon həbi aşkarlanıb. R.Qafarzadə narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Vəlixan” adlı şəxsin göstərişi ilə Lənkəran rayonu ərazisindən əldə etdiyini bildirib. O, həmin narkotik maddələri götürüb deyiləcək yerə qoyaraq bu narkokuryerliyinin müqabilində 3000 manat əldə edəcəkmiş.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












