“Marriott” otellər şəbəkəsi Rusiyada fəaliyyətini dayandırıb

Beynəlxalq otellər şəbəkəsi “Marriott International” Rusiya Federasiyasında işini dayandırmaq qərarına gəlib.
Bu barədə şəbəkənin 3 iyun tarixli məlumatında deyilir. "Dördüncü aydır ki, Ukraynada baş verən münaqişənin ciddi humanitar, sosial-iqtisadi və qlobal təsirləri müşahidə olunur. Bu çətin dövrdə “Marriott” tərəfdaşlarımızın və qonaqlarımızın təhlükəsizliyini təmin etməklə onların rifahının qayğısına qalır. Müharibə başlayandan bəri biz bu dəyişkən hüquqi və geosiyasi mənzərədə fəaliyyət göstərmək qabiliyyətimizi qiymətləndirməyə davam edərək yerdəki komandalarımızla müntəzəm əlaqə saxlayırıq. Martın 10-da biz Moskvadakı ofisimizi bağlamaq və gələcək otellərin açılışını, eləcə də Rusiyada bütün gələcəklə inkişafla bağlı planları və investisiyaları dayandırmaq qərarımızı elan etdik”, - deyə məlumatda bildirilir.
Mənbə: Ekonomiçeskaya Pravda
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












