Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun əmlakları ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərarə əsasən, apellyasiya instansiyasının qərarı qüvvədə saxlanılıb. Qərardan verilən kassasiya şikayətləri təmin olunmayıb.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarına əsasən, Akif Çovdarovun şikayəti rədd edilib və onun müsadirədən azad edilmiş 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyonluq əmlakı yenidən müsadirə edilib.
Xatırladaq ki, Akif Çovdarov 2015-ci ildə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib və 30 milyon manatlıq əmlakı müsadirə edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.
2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib.
Lakin Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib.
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Yanacaq qıtlığı yoxdur, amma bilet bahadır
Müəllim şagirdə xəsarət yetirdi, prokurorluq isə valideyni cəzalandırdı - FOTO - VİDEO
Piyada keçidinin sağından-solundan keçib təhlükə yaratdılar - VİDEO
Piyada özünü maşınların altına atdı - DİN dəhşətli qəzanın görüntülərini yaydı - VİDEO
“Land Cruiser”lə toqquşan “Prius” alovlandı - VİDEO
Gecə saatlarında piyadanı “Kamaz”la vurub öldürdü
1 aydır itkin düşən qadın İmişlidə tapıldı - FOTO - YENİLƏNİB
Oğuzda irigövdəli ağac magistral yola aşdı, hərəkət dayandı - VİDEO
Məşhur musiqiçinin itkin düşən oğlu ölü tapıldı - FOTOLAR
Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar - VİDEO










