Məhkəmə azyaşlıya təcavüz edən şəxslə bağlı QƏRAR VERDİ

Nizami Rayon Məhkəməsində 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə təqsirləndirilən şəxsə hökm oxunub. “Unikal”ın əldə etdiyi məlumata görə, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şirvan sakini olan, əvvəllər oğurluq maddəsi ilə məhkum olunmuş 22 yaşlı Ceyhun adlı şəxs Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, zərərçəkmiş qismində tanınan Natella şikayətçi olmadığını bildirib və məhkəmədən təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edib.
İttiham aktına görə, ötən ilin iyun ayında Ceyhun dostu Naillə birlikdə çimərliyə gedərkən yolda ona “TikTok” sosial şəbəkəsindən tanış olduğu Amina (ad şərtidir) adlı qız zəng edib. Nail ona birlikdə çimərliyə getməyi təklif edib. Amina isə Nailə rəfiqəsi Natella (ad şərtidir) ilə birgə gəlmək istədiyini bildirib. Onlar razılaşıblar və dostlar qısa müddət sonra qızları Yasamal rayonundan götürüb çimərliyə gediblər. Çimərlikdə birlikdə dincəldikdən sonra Nailin Nizami rayonunda kirayə yaşadığı mənzilə gəliblər. Bir müddət deyib-güldükdən sonra Natella yataq otağında Ceyhunla öz razılığı ilə cinsi əlaqədə olub. Belə ki, Natella ona 15 yaşının olduğunu bildirib. Hətta Nail ilə Amina da onların necə cinsi əlaqədə olmalarının şahidi olublar. Sonra Nail taksi çağırıb və qızları öz evlərinə yola salıb.
Skuterə nifrət edən şəxs yeniyetməyə ağır xəsarət yetirdi – VİDEO
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə
Bir nişan yoxdur, digəri görünmür – Bu küçədə hərəkət təhlükəlidir - VİDEO
Paytaxtda güclü külək ağacları avtomobillərin üzərinə aşırdı - VİDEO
Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi
Skuter sürən məktəbli balaca qızı vuraraq qaçdı - VİDEO
Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO
Azərbaycanda iki kişi axtarışa verildi; qadın alverinə görə - FOTO
Xaçmazda qadından ağlasığmaz əməl: Satıcıya psixoloji təsir etdi - İDDİA - VİDEO
Yağıntı meşə yanğınına səbəb ola bilər
Qoyunlar səhralaşmanın qarşısını belə aldı










