Məşhur restoranın aşpazı taksi sürücülərinə qarşı soyğunçuluq etdi - HÖKM OXUNDU

Bakıda taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Avtosfer.az-ın "E-huquq"a istinadən məlumatına görə, 2008-ci il təvəllüdlü Cavid Həsənov (şərti ad-soyad) Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində taksi xidməti göstərən “Toyota Fielder” markalı avtomobilə sərnişin kimi əyləşib. Onlar Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxanayani küçəsinə gediblər. C.Həsənov avtomobildən düşəndə sürücünün telefonunu götürərək qaçıb. Bundan sonra, o, başqa bir soyğunçuluq hadisəsi törədib. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu yaxınlığında yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan şəxsin idarə etdiyi “Toyota Prius” markalı avtomobilə sərnişin kimi əyləşib. Onlar Sabunçu rayonu, Şəhər Şossesi istiqamətində hərəkət ediblər. C.Həsənov bu dəfə də sürücünün mobil telefonunu qəflətən alıb və avtomobildən düşüb. O, həmin telefonları “Lalafo” saytında elan yerləşdirərək satıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə, C.Həsənov barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 2 il sınaq müddəti ilə şərti hesab edilib. Qeyd edək ki, təqsirləndirilən şəxs “Xaçapuri Baku” restoranında aşpaz işləyirmiş.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












